RU

FIFA-2026 öncəsi ABŞ-də dron həyəcanı – stadionlar təhlükə altında

ABŞ-də keçiriləcək FIFA-2026 çempionatı zamanı mümkün dron hücumları ilə bağlı ciddi narahatlıqlar yaranıb.

Musavat.com Politico-ya istinadən xəbər verir ki, hakimiyyət orqanları stadionlar və azarkeş zonalarının təhlükəsizliyi ilə bağlı boşluqları tam aradan qaldıra bilməyib.

Məlumata görə, ABŞ rəsmiləri yalnız həvəskar dron uçuşlarından deyil, həm də izdihamlı ərazilərə qarşı mümkün hücum ssenarilərindən ehtiyat edir.

Bildirilir ki, təhlükəsizlik hazırlıqlarına avadanlıq çatışmazlığı, maliyyə problemləri və dronlara qarşı mübarizə ilə bağlı yeni qaydalar mane olur.

Məqalədə qeyd olunur ki, Şon Karran daha əvvəl dron əleyhinə texnologiyaların alınmasında tədarük problemlərinin yaşandığını açıqlayıb.

Son ilyarım ərzində ABŞ-də dronlara qarşı müdafiə sistemlərinə 100 milyon dollardan çox vəsait xərcləndiyi vurğulanır.

 

Musavat.com

Избранный
14
15
musavat.com

10Источники