RU

Nyu-Yorkda təqsirləndirilən qadın məhkəmə zalında doğub

Nyu-Yorkda təqsirləndirilən qadın məhkəmə zalında doğub

Nyu-Yorkun Bruklin rayonunda narkotik saxlama ittihamı ilə keçirilən məhkəmə iclası zamanı 33 yaşlı Samanta Randazzo zalda doğum edərək oğlan uşağı dünyaya gətirib.

AFN.az xəbər verir ki, "NBC News" telekanalının yaydığı məlumata görə, qadın yaşayış kompleksinin damında narkotik maddə ilə yaxalandıqdan sonra qanunsuz daxilolma və qadağan olunmuş maddələrin dövriyyəsi ittihamı ilə saxlanılıb. Polis qadının həbs olunarkən gen geyindiyini, hamiləliyi barədə məlumat vermədiyini və tibbi yardımdan imtina etdiyini iddia edir. Lakin hadisə günü səhərə yaxın qadın hamilə olduğunu və narkotik asılılığından qaynaqlanan krizis keçirdiyini bildirdikdən sonra xəstəxanaya çatdırılıb, oradan isə qısa müddət sonra yenidən məhkəməyə gətirilib. Xəstəxanadan çıxarıldıqdan cəmi dörd saat sonra məhkəmə zalında ittiham elan edilən zaman qadının doğum sancıları başlayıb. Vəkillərin və hadisə şahidlərinin sözlərinə görə, o, heç bir tibbi kömək, məxfilik və elementar gigiyenik şərait olmadan elə məhkəmə skamyasındaca uşaq doğub.

Vəkil Uinton Şarp hadisə zamanı məhkəmə işçilərinin dərhal köməyə qaçdığını bildirsə də, Hüquqi Yardım Cəmiyyəti və bir sıra hüquq müdafiə təşkilatları istintaq orqanlarını kəskin tənqid ediblər. Hüquq müdafiəçiləri baş verənləri təkcə prosessual qüsur deyil, həm də cinayət-ədalət sisteminin mənəvi iflası adlandıraraq, həbsdə olan hamilə qadınlarla rəftar qaydalarının yenidən nəzərdən keçirilməsini və rəsmi araşdırma aparılmasını tələb ediblər.

Избранный
63
afn.az

1Источники