RU

“Barselona” qalib gəldi, “Real” və “Atletiko” da üç xal qazandı VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniya La Liqasının 37-ci turunda bir sıra maraqlı qarşılaşmalar keçirilib.

İdman.Biz xəbər verir ki, artıq çempionluğu təmin edən “Barselona” doğma meydanda “Betis”i 3:1 hesabı ilə məğlub edib.

Oyunda hesabı 28-ci dəqiqədə Rafinya açıb. Braziliyalı hücumçu 62-ci dəqiqədə ikinci qolunu vuraraq dubl edib.

69-cu dəqiqədə “Betis” penalti qazanıb və İsko fərqi azaldıb. Lakin 74-cü dəqiqədə Joao Kanselo “Barselona”nın üçüncü qolunu vuraraq matçın yekun hesabını müəyyənləşdirib.

“Barselona” 37 turdan sonra 94 xal toplayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Betis” isə 57 xalla beşinci pillədədir.

Turun digər diqqətçəkən qarşılaşmasında “Real Madrid” səfərdə “Sevilya”ya 1:0 hesabı ilə qalib gəlib.

Oyunun yeganə qolunu 15-ci dəqiqədə Vinisius Junior vurub. Madrid klubu matç ərzində qapı istiqamətinə cəmi bir dəqiq zərbə endirib.

“Real” hazırda 83 xalla ikinci pillədə yer alır.

Paralel oyunda “Atletiko Madrid” öz meydanında “Jirona”nı minimal hesabla məğlub edib - 1:0.

Madrid təmsilçisi 69 xalla dördüncü pillədə qərarlaşıb. “Jirona” isə 40 xalla 18-ci yerə geriləyib.

Turun digər nəticələri belə olub:

“Oviedo” - “Alaves” - 0:1

“Atletik” - “Selta” - 1:1

“Osasuna” - “Espanyol” - 1:2

“Elçe” - “Xetafe” - 1:0

“Levante” - “Malyorka” - 2:0

“Real Sosyedad” - “Valensiya” - 3:4

“Rayo Valyekano” - “Vilyarreal” - 2:0

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
99
icma.az

1Источники