RU

Litvada Ukraynaya məxsus olduğu ehtimal edilən PUA aşkarlanıb

Litvada Ukrayna hərbçilərinə məxsus olduğu ehtimal edilən qəzaya uğramış pilotsuz uçuş aparatı aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə Litva hökumətinin Milli Böhranların İdarə Edilməsi Mərkəzi məlumat yayıb.

Mərkəzin rəhbəri Vilmantas Vitkauskasın sözlərinə görə, dronun ölkənin hava məkanına daxil olduğu müəyyən edilməyib və üzərində partlayıcı maddə də tapılmayıb. PUA Latviya ilə sərhəddən təxminən 40 km və Belarusdan 55 km məsafədə yerləşən Samane kəndi yaxınlığında tapılıb.

Kiyev hələlik hadisə ilə bağlı heç bir şərh verməyib.

Избранный
119
far.az

1Источники