RU

ABŞ-də toqquşan hərbi təyyarələrin heyətinin vəziyyəti açıqlanıb

BAKI, 18 may. TELEQRAF

ABŞ-nin Aydaho ştatında havada toqquşan hərbi təyyarələrin ekipaj üzvlərinin vəziyyəti stabil qiymətləndirilir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mauntin-Houm aviabazası məlumat yayıb.

Bildirilib ki, hadisə yerində baş verən yanğın lokallaşdırılıb.

Məlumata görə, EA-18G tipli iki hərbi təyyarə aviabazada keçirilən aviaşou zamanı havada toqquşub.

Hadisə nəticəsində hər iki təyyarənin dörd ekipaj üzvü katapult etməyə müvəffəq olub.

Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, “Idaho Statesman” nəşrinin məlumatına əsasən, Mauntin-Houm aviabazasında aviaşou sonuncu dəfə 2018-ci ildə keçirilmişdi. Həmin tədbirdə deltplan pilotu həyatını itirmişdi.

Избранный
74
teleqraf.com

1Источники