RU

Onlar bu həftə iş və vəzifə dəyişikliyi yaşaya bilər

Astroloq Nadejda Aleskerova 18-24 may tarixləri üçün ulduzların proqnozunu hazırlayıb. Bu həftə emosional balansın qorunması və diplomatik yanaşma uğurun əsas açarı olacaq.

Qoç

Karyerada sürətli qərarlar vermək və mövqeyinizi müdafiə etmək lazım gələcək. Ezamiyyətlər və ya təcili layihələrin tamamlanması gözlənilir. Münasibətlərdə gərginlikdən qaçmaq üçün fasilə verməyi bacarın. İmplusiv xərclərdən uzaq durun.

Buğa

Yeni təkliflər və ya təlim dəvətləri ala bilərsiniz. Kiçik detallara diqqət yetirin, çünki gələcək uğurunuz onlarda gizlənib. Subaylar üçün yeni tanışlıqlar vəd edilir, lakin hər vədə inanmayın. Qeybətdən və yoxlanılmamış məlumatlardan qaçın.

Əkizlər

Köhnə əlaqələrin bərpası və təcrübəli tərəfdaşlarla işləmək üçün ideal zamandır. Keçmiş həmkarlarınızdan dəstək ala bilərsiniz. Şəxsi həyatda nostalgiya hissi üstünlük təşkil edəcək. Köhnə borcların qaytarılması ehtimalı yüksəkdir.

Xərçəng

İş yerində dedi-qodular və anlaşılmazlıqlar yarana bilər. Faktları yoxlamadan heç kimə etibar etməyin. Maddi məsələlərdə ehtiyatlı olun, fırıldaqçılıq riski var. Münasibətlərdə hər şeyi ürəyinizə salmaq əvəzinə birbaşa danışmağa üstünlük verin.

Şir

Yaradıcı ideyalar və yeni startaplar üçün fürsətlər yaranacaq. Təcrübəli həmkarların məsləhətlərinə qulaq asın. Subay Şirlər enerjili insanlarla tanış ola bilərlər. Hər şeyi eyni anda etməyə çalışmayın, konkret planla hərəkət edin.

Qız

Zəhmətinizin qarşılığını almaq, borcları qaytarmaq və ya xeyriyyəçiliklə məşğul olmaq üçün uğurlu həftədir. Rəhbərlikdən dəstək görə bilərsiniz. Şəxsi həyatda qarşılıqlı hədiyyələr və maddi məsələlərin birgə həlli münasibətləri möhkəmləndirəcək.

Tərəzi

Karyerada yeni mərhələ başlayır. İş yerinin və ya fəaliyyət sahəsinin dəyişdirilməsi mümkündür. Münasibətlərdə köhnə inciklikləri geridə qoymağın vaxtıdır. Subaylar yeni başlanğıclarda onlara dəstək olacaq insanlarla qarşılaşacaqlar.

Əqrəb

Maddi və ya mənəvi resursların müvəqqəti çatışmazlığını hiss edə bilərsiniz. Çətin anlarda ailənizdən və dostlarınızdan kömək istəməkdən çəkinməyin. Büdcənizi yenidən nəzərdən keçirin. Problemləri təkbaşına həll etməyə çalışmaq əlavə gərginlik yarada bilər.

Oxatan

Maliyyə müstəqilliyi və sabitlik dövrüdür. Gözlənilməz mükafat və ya iri alış-verişlər ola bilər. Uğurunuzu yaxınlarınızla bölüşün. Şəxsi həyatda harmoniya və rahatlıq hökm sürəcək. Uzunmüddətli investisiyalar barədə düşünməyin tam vaxtıdır.

Oğlaq

Bu həftə asılılıqlardan və zərərli vərdişlərdən azad olmaq üçün fürsətdir. Münasibətlərdə qısqanclıq və nəzarət etmək istəyi baş qaldıra bilər. Emosional asılılıq yaradan münasibətlərdən uzaq durmağa çalışın. Hər şeyi birdən deyil, addım-addım dəyişin.

Dolça

Karyerada qəfil və kəskin dəyişikliklər gözlənilir. Layihələrin bağlanması və ya struktur dəyişikliyi ola bilər. Sakitliyinizi qoruyun. Münasibətlərdə emosional partlayış ya mühiti təmizləyəcək, ya da ayrılığa səbəb olacaq. Dəyişikliklərə müqavimət göstərməyin.

Balıqlar

Enerji və fəallıq artacaq. Yeni layihələr və ezamiyyətlər gündəmdədir. Təzyiq göstərmək əvəzinə insanları öz arxanızca aparmağa çalışın. Şəxsi həyatda qəfil səyahət və ya romantik macəra hissləri yeniləyə bilər. İmplusiv vədlər verməkdən çəkinin.//Demokrat.az
Избранный
86
musavat.com

1Источники