Paytaxt.org xəbər verir ki, 9 nəfərlik şəbəkəyə qarşı Türkiyənin dörd vilayətində eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində şəbəkənin rəhbəri olduğu qeyd edilən B.E. daxil olmaqla 7 nəfər saxlanılıb.
Digər iki şübhəlinin isə əməliyyat zamanı başqa cinayət işləri üzrə artıq həbsdə olduğu bildirilib.
Məlumata görə, şəbəkə Türkiyənin dövlət qulluqçuları, qeyri-hökumət təşkilatları və müxtəlif etnik qruplarla bağlı məxfi məlumatlar toplayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Musavat.com