RU

14 yaşlı avtobus oğrusu

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Norveçdə polis avtobusu qaçırdığına görə 14 yaşlı yeniyetməni saxlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Osloda ələ keçirdiyi nəqliyyat vasitəsini 300 km məsafə qət edərək Kristiansann şəhərinə kimi idarə edib.

Bu, onun törətdiyi üçüncü belə haldır. Yeniyetmə bu ilin əvvəllərində oğurladığı avtobusla İsveç ərazisində saxlanmışdı. 2025-ci ilin noyabrında Stavangerdə avtobusla 3 böyük yaşayış məntəqəsindən keçmişdi.

Oğru şahidlərin sayəsində dünən yaxalanıb. Belə ki, bir neçə nəfər sükan arxasında uşağın olması barədə polisi məlumatlandırıb.

Qeyd edək ki, 2 oğurluğa rəğmən onun hansı səbəbdən azadlıqda qalması və indən belə ona nə cəza alacağı barədə məlumat verilmir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
525.az

1Источники