RU

Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub

Meksikanın Puebla ştatının Tehuitzingo şəhərində bir ailənin evinə silahlı hücum təşkil edilib.

APA xəbər verir ki, bu barədə Puebla İctimai Təhlükəsizlik Katibliyinin açıqlamasında məlumat verilib.

Məlumata görə hücum nəticəsində bir uşaq da daxil olmaqla azı 10 nəfər həlak olub.

İddialara görə, hadisə səhər saatlarında silahlı şəxslərin nəqliyyat sektoru ilə əlaqəli olduğu bildirilən bir ailənin evinə girərək ailə üzvlərinə atəş açması nəticəsində baş verib.

Prokurorluq hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.

Избранный
69
4
apa.az

5Источники