RU

ABŞ-da Aydahoda toqquşan qırıcıların ekipaj üzvlərinin vəziyyəti açıqlanıb

ABŞ-da Aydahoda toqquşan qırıcıların ekipaj üzvlərinin vəziyyəti açıqlanıb

Mayın 17-si, bazar günü ABŞ-ın Aydaho ştatındakı "Mauntin-Houm" Hərbi Hava Qüvvələri bazasının yaxınlığında səmada toqquşan qırıcı təyyarələrin ekipaj üzvlərinin vəziyyəti stabildir, hadisə yerində baş verən yanğın isə tamamilə lokallaşdırılıb.

AFN.az xəbər verir ki, bu barədə hərbi bazanın rəsmi "Facebook" səhifəsində məlumat yayılıb:

"İnsidentə uğrayan ekipaj üzvlərinin vəziyyəti sabitdir. Ərazidəki yanğın nəzarət altına alınıb".

Qeyd edək ki, bədbəxt hadisə bazada keçirilən aviaşou zamanı baş verib. F/A-18F qırıcı-bombardmançı təyyarələrinin modifikasiyası olan iki ədəd EA-18G tipli hərbi təyyarə səmada toqquşub. Hər iki təyyarənin ümumilikdə 4 ekipaj üzvü vaxtında katapult edərək xilas ola bilib. Hadisənin dəqiq səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.

"Idaho Statesman" nəşrinin yazdığına görə, sözügedən aviaşou bölgədə son 8 ildə ilk dəfə təşkil olunurdu. Belə ki, 2018-ci ildə keçirilən bənzər tədbirdə bir deltaplançının həlak olmasından sonra şouların keçirilməsi dayandırılmışdı.

Избранный
38
afn.az

1Источники