Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Konqresində Rusiya neftini almağa davam edən ölkələrə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi irəli sürülür.
Teleqraf xəbər verir ki, bu barədə amerikalı senator Lindsi Qrem sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, qanun layihəsi ABŞ Prezidenti Donald Trampa Rusiya neftini idxal edən dövlətlərə qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verəcək.
Qeyd edək ki, daha əvvəl “Bloomberg” agentliyi Hindistanın Yaxın Şərqdəki münaqişə fonunda yaranan enerji problemlərinə görə ABŞ-dən Rusiya neftinin tədarükü ilə bağlı lisenziyanın müddətinin uzadılmasını xahiş etdiyini yazmışdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.