RU

Rövşən Nəcəf: "Sabah"ı ürəkdən təbrik edirəm"

AFFA-nın prezidenti Rövşən Nəcəf “Sabah” klubunu Misli Premyer Liqasının qalibi olması münasibətilə təbrik edib.

Sportal.az xəbər verir ki, federasiya rəhbəri bu uğurla bağlı sosial şəbəkə hesablarında post paylaşıb:

"Bu gün Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan “Sabah” Futbol Klubuna yüksək mükafatları təqdim etdik. Bir daha mövsüm boyunca yüksək peşəkarlıq, əzmkarlıq nümayiş etdirən, azarkeşlərini məzmunlu oyunlar və inamlı qələbələrlə sevindirən “Sabah” klubunu ürəkdən təbrik edirəm. Həmçinin bu il Azərbaycan çempionatında yüksək nəticələr göstərərək ölkəmizi avrokuboklarda təmsil etmək hüququ qazanan bütün klublarımıza qarşıdakı yarışlarda parlaq qələbələr diləyirəm".

saytlarin hazirlanmasi

Избранный
3
10
sportal.az

10Источники