RU

Yeni iş rejimi Azərbaycana uyğundurmu? Deputat danışır

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər dünyanın müxtəlif ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı pilot layihələrin həyata keçirilməsi bu modeli yenidən beynəlxalq müzakirələrin mərkəzinə gətirib.

Böyük Britaniya, İspaniya, Yaponiya və digər ölkələrdə sınaqdan keçirilən yeni iş rejiminin əmək məhsuldarlığına, işçi məmnunluğuna və iş-həyat balansına müsbət təsir göstərdiyi bildirilir.

Azərbaycanda da bu məsələnin mümkün tətbiqi vaxtaşırı gündəmə gəlir və xüsusilə dövlət qurumlarında mərhələli keçidin real olub-olmaması maraq doğurur.

Bəs 4 günlük iş həftəsi işsizlik səviyyəsinin azalmasına, yeni iş yerlərinin yaranmasına səbəb ola bilərmi?

Konkret desək, hazırkı iqtisadi şəraitimizdə bu model uyğundur?

Bu barədəGununsesi.info-ya Mİlli Məclisin deputatı Fazil Mustafa danışıb.

O bildirib ki, bu, inkişaf etmiş ölkələrdə müəyyən effekt verən pilot layihələr kimi anlaşılır. Ancaq bizdə bir qədər problemlərin həlli mərhələsinə gəlmir. Elə insanlar var ki, onlar məsələn, bazarda, ümumən ticarət sahəsindədir və elə bazar günü də işləməsələr, normal səviyyədə özlərinin minimum gəlirlərini əldə etməkdə çətinlik çəkərlər. Bir çox insanlar, xüsusən ticarət sahəsindəkilər istirahət hüququnu əldə etmək imkanına sahib deyillər. Bunu dövlət orqanlarında və ya başqa quruluşlarda bunu düşünmək olar. Ancaq özəl sektorda çətindir. Dövlət qurumlarında belə bu cür olarsa, nəzarət mexanizmləri qurulmalıdır.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
icma.az

1Источники