RU

TEHRAN DA VAŞİNQTONU HƏDƏLƏDİ “İsrailin ipi ilə quyuya enməyin ağır bədəli var”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Iran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü, briqada generalı Əbülfəzl Şikarçi ABŞ-nin İrana qarşı mümkün yeni hərbi müdaxilə ehtimalı ilə bağlı sərt və diqqətçəkən açıqlamalar verib. O, Vaşinqtonun regionda atacağı növbəti hərbi addımın əvvəlki qarşıdurmalardan daha ağır və dağıdıcı nəticələrə səbəb ola biləcəyini bildirib.

“AzPolitika"nın “Fars” agentliyinə istinadən yaydığı məlumata görə, Şikarçi vurğulayıb ki, ABŞ tərəfindən İrana qarşı həyata keçiriləcək istənilən yeni hücum Vaşinqton üçün gözlənilməz və nəzarətdən çıxan ssenarilər yarada bilər. 

Onun sözlərinə görə, belə bir vəziyyət ABŞ-ni yenidən uzunmüddətli və mürəkkəb regional qarşıdurmaların içinə çəkəcək, nəticədə Vaşinqton “bataqlığa sürüklənəcək”.

İranlı general qeyd edib ki, bölgədə hərbi gərginliyin artırılması nəinki tərəflər arasında qarşıdurmanı dərinləşdirəcək, həm də Yaxın Şərqdə təhlükəsizlik balansını ciddi şəkildə poza bilər. O, ABŞ rəhbərliyini regionda yeni riskli addımlardan çəkinməyə çağırıb.

Digər tərəfdən, Ali Əkbər Vilayəti də ABŞ Prezidenti Donald Trump administrasiyasının Tehranla bağlı siyasətini sərt şəkildə tənqid edib. İranın Ali liderinin baş müşaviri olan Vilayəti bildirib ki, “İsrailin ipi ilə quyuya enməyin ağır bədəli var”.

Onun sözlərinə görə, Vaşinqton rəhbərliyi Israel tərəfindən həyata keçirilən təxribatçı siyasətin təsiri altında yanlış strateji qərarlar qəbul edir. Vilayəti hesab edir ki, ABŞ administrasiyası Təl-Əvivin yaratdığı geosiyasi gərginlik fonunda strateji bir tələyə düşüb.

İran rəsmisi əlavə edib ki, Vaşinqtonda Tehranla bağlı aparılan hesablamalar reallığı tam əks etdirmir və bu yanlış yanaşmalar region üçün ciddi təhlükələr yarada bilər. O, Yaxın Şərqdə artan gərginliyin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi riskinin yüksək olduğunu diqqətə çatdırıb.

Elman İsmayıllı

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
azpolitika.info

1Источники