RU

Komitə sədri: Bu Forum qlobal bir platformadır

ain.az bildirir, Bakivaxti portalına istinadən.

"Ölkəmizdə genişmiqyaslı urbanizasiya prosesi gedir, şəhərlər müasirləşir, yaşıl infrastruktur genişlənir, ictimai xidmətlər təkmilləşdirilir, sərfəli mənzillər inşa olunur, ‘smart’ icmalar yaradılır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində rəsmi açılış mətbuat konfransı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə ən iri bərpa və yenidənqurma layihələrini həyata keçiririk:

"Vaxtilə tamamilə dağıdılmış şəhərlər bu gün dayanıqlıq, ağıllı şəhər planlaşdırılması, yaşıl yanaşma və insan ləyaqəti prinsipləri əsasında yenidən qurulur. Bu yalnız bərpa təşəbbüsü deyil – bu, yeni şəhərsalmanın müasir modelidir".

O qeyd edib ki, bu Forum, sözün əsl mənasında, qlobal bir platformadır:

"Biz burada təkcə ideyaları müzakirə etmirik, həm də onları real fəaliyyət planına çevirir, dayanıqlı və inklüziv şəhərlər üçün yeni qlobal hərəkatı formalaşdırırıq. Bir daha bütün tərəfdaşlara və iştirakçılara təşəkkür edirəm”.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
bakivaxti.az

1Источники