RU

Abubakar “Neftçi”dən ayrılıb bu kluba keçir? - Yeni iddia

style='margin-bottom:10px;'>

“Neftçi”nin hücumçusu Vensan Abubakar karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə “Africafoot” saytı məlumat yayıb. Bildirilir ki, əvvəllər “Beşiktaş” və “Hatayspor”da çıxış etmiş kamerunlu futbolçu ilə Türkiyə 1-ci Liqasına vəsiqə qazanan “Bursaspor” maraqlanır.

İddiaya görə, Bursa təmsilçisi 33 yaşlı hücumçunun durumunu yaxından izləyir. “Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Abubakarın Türkiyə klubuna azad agent kimi keçə biləcəyi qeyd olunub.

Məlumatda həmçinin bildirilir ki, Bakı klubunun futbolçunun müqaviləsindəki 1 illik uzatma bəndindən istifadə etməsi və ona yeni təklif göndərməsi gözlənilmir.

Qeyd edək ki, Vensan Abubakar bu mövsüm “Neftçi”nin heyətində 18 oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

Избранный
14
1
teleqraf.com

3Источники