RU

"Eurovision 2027" Sofiyada keçiriləcək

70-ci "Eurovision" Mahnı Müsabiqəsi 2026 yarışmasının qalibi Bolqarıstan olub. 1news.az xarici mətbuata istinadən xəbər verir ki, gələn il keçiriləcək 71-ci müsabiqəyə isə ölkənin paytaxtı Sofiya ev sahibliyi edəcək.
Bolqarıstan Milli Televiziyasının (BNT) baş direktoru Milena Milotinova “Eurovision 2026” finalından sonra yerli bTV kanalına açıqlamasında bildirib ki, ölkə müsabiqəni keçirməyə tam hazırdır. O, Sofiyanın belə böyük tədbirə ev sahibliyi etmək potensialına malik olduğunu vurğulayaraq: “Sofiya da, Bolqarıstan da, həmçinin BNT də bacarar”,- deyə qeyd edib. Milotinova xatırladıb ki, Bolqarıstan 3 illik fasilədən sonra müsabiqəyə qayıdıb və 5 ildən sonra ilk dəfə finala yüksəlib: “Biz ilk dəfədir ki, "Eurovision"-da qalib gəlirik və yarışmaya ilk dəfə ev sahibliyi edəcəyik. Bu, Bolqarıstan üçün çox böyük hadisədir”, – deyə o əlavə edib.

Qeyd edək ki, builki "Eurovision" Mahnı Müsabiqəsi 2026 finalı Vyana şəhərində keçirilib.

Избранный
29
1news.az

1Источники