RU

ABŞ ebola virusuna görə Konqo və Uqandaya səyahət məhdudiyyətləri tətbiq edib

BAKI, 18 may. TELEQRAF

ABŞ Dövlət Departamenti ebola epidemiyası səbəbindən amerikalıların Konqo Demokratik Respublikasına (KDR) və Uqandaya səyahətinə məhdudiyyətlər tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə departamentin veb saytında dərc olunmuş açıqlamada bildirilir.

ABŞ vətəndaşlarının yeni epidemiyanın episentri olan Konqonun İturi şəhərinə səyahəti qəti qadağandır. Dövlət Departamenti ölkənin Konqo Demokratik Respublikasındakı səfirliyinin bu sahədə amerikalılara kömək göstərə bilməyəcəyini vurğulayıb. Departament həmçinin ABŞ vətəndaşlarına Konqo Demokratik Respublikasının digər bölgələrinə və Uqandaya lazımsız səyahətlərdən çəkinməyi tövsiyə edib və səyahət edənləri ehtiyat tədbirlərinə əməl etməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatı bundan əvvəl Konqo Demokratik Respublikası və Uqandada ebola epidemiyasına görə fövqəladə vəziyyət elan etmişdi.

Избранный
8
teleqraf.com

1Источники