Azərbaycanın yeniyetmə cüdolçuları Rusiyanın Xabarovsk şəhərində Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iki medal qazanıblar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yarışda 5 idmançı ilə təmsil olunan komanda 1 qızıl və 1 bürünc medal əldə edib.
Polad Həsənli (81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medala yiyələnib. Zaməddin Bağırov (66 kq) yarışı bürünc mükafatla başa vurub.
Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.
Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək
Cüdoçularımızdan Avropa Kubokunda 9 medal
Millimiz Böyük Dəbilqəni 1 medalla başa vurub
Böyük Dəbilqə: 2 cüdoçumuz tatamiyə çıxacaq
Cüdoçularımızın rəqibləri bəlli oldu