RU

Bitcoin ucuzlaşıb

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə əsasən eniş müşahidə olunub.

525.az xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,48% azalaraq 76 992 ABŞ dollara, “Ethereum”un qiyməti 2,96% enərək 2 123 dollara, BNB-nin qiyməti isə 1,88% azalaraq 642 dollara düşüb.

Digər iri kriptovalyutalarda da eniş qeydə alınıb. Belə ki, “XRP”in qiyməti 1,75% azalaraq 1,39 dollara, “Solana”nın qiyməti 1,99% geriləyərək 85,22 dollara, “Dogecoin”in qiyməti isə 3,04% azalaraq 0,1066 dollara enib.

Bununla yanaşı, bəzi aktivlərdə artım müşahidə olunub. “TRON”un qiyməti son sutkada 0,67% artaraq 0,3564 dollara, “Hyperliquid”in qiyməti isə 7,26% yüksələrək 45,65 dollara çatıb.

Qlobal kriptovalyuta bazarının ümumi dəyəri isə 1,63% azalaraq 2,56 trilyon dollara enib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
5
525.az

6Источники