“Neftçi”nin hücumçusu Vensan Abubakar karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, kamerunlu forvardla Türkiyə 1-ci Liqasına yüksələn “Bursaspor” maraqlanır. Mövsümün sonunda Bakı klubu ilə müqaviləsi başa çatacaq 33 yaşlı futbolçunun azad agent kimi transfer olunacağı bildirilir.
Abubakar bu mövsüm “Neftçi”də 18 oyunda 9 qol və 1 assistlə yadda qalıb.