RU

Yanvar-aprel aylarında 52 min şəxs işlə təmin edilib

Bu ilin yanvar-aprel aylarında 139,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə məşğul olub.
 
Bu barədə Moderator.az-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
 
Qeyd edilib ki, onlardan 52 min şəxs münasib işlərlə təmin olunub, 254 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
 
5,6 min nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 81,5 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.
 
Избранный
8
17
moderator.az

10Источники