RU

Nəriman Axundzadə baş məşqçisiz qaldı

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi ABŞ-nin “Kolambus Kryu”da baş məşqçi ayrılığı reallaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı MLS təmsilçisinin rəsmi saytı yayıb.

Sözügedən klub uğursuz nəticələrə görə Henrik Ridströmü istefaya göndərib. Loran Kurtua müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.

“Kolambus Kryu” Şərq Konfransında 14 oyundan sonra 13 xal toplaya bilib və hazırda 15 komanda arasında 13-cü yerdədir. 

Xatırladaq ki, Nəriman ABŞ klubuna bu ilin fevralında "Qarabağ"dan transfer olunub.

Избранный
7
fanat.az

1Источники