RU

Yayda “Real”ı tərk edəcək

Daniel Karvaxal mövsümün sonunda böyük ehtimalla “Real”dan ayrılacaq.

"Football-plus.az" xəbər verir ki, Madrid klubu 34 yaşlı müdafiəçi ilə müqaviləni yeniləməyi planlaşdırmır və futbolçu artıq bu qərardan xəbərdardı. Hələ ki Danielin hara yollanacağı məlum deyil. Regionda davam edən gərgin vəziyyət səbəbindən onun karyerasını Səudiyyə Ərəbistanı və ya Yaxın Şərqin digər ölkələrində davam etdirməsi hazırda çətin görünür.

“Real”ın yetirməsi olan təcrübəli futbolçu komandanın heyətində bütün turnirlərdə 449 oyuna çıxıb, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. Karvaxal Madrid klubu ilə 6 dəfə Çempionlar Liqasının, 4 dəfə La Liqanın qalibi olub.

Избранный
13
3
football-plus.az

4Источники