ain.az bildirir, futbolpress-az portalına istinadən.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın IV turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Saatlı-Araz” – “Şahdağ Qusar” oyununda təhlükəsizlik nümayəndəsi stadiona təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Saatlı-Araz” komandası 100 manat cərimə edilir (maddə 72.4);
“Saatlı-Araz” – “Şahdağ Qusar” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Saatlı-Araz” komandası 100 manat cərimə edilir (maddə 72.4);
“Füzuli” – “Dinamo” oyununda “Füzuli” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” komandası 70 manat cərimə edilir (maddə 37);
“Füzuli” – “Dinamo” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Füzuli” komandası 50 manat cərimə edilir (maddə 70.1);
“Füzuli” – “Dinamo” oyununun 42-ci dəqiqəsində “Dinamo” komandasının 20 nömrəli futbolçusu Valeh Seyidov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Dinamo” komandası 50 manat cərimə edilir (maddə 36.5);
“Kür-Araz” – “Qusar” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” komandası 70 manat cərimə edilir (maddə 37);
“Kür-Araz” – “Qusar” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kür-Araz” komandası 100 manat cərimə edilir (maddə 72.4);
“Kür-Araz” – “Qusar” oyununda “Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” komandası 70 manat cərimə edilir (maddə 37);
“Şimal” – “Şəfa” oyununda “Şimal” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Şimal” komandası 70 manat cərimə edilir (maddə 37);
“Sheki City” – “Hypers Guba” oyununun 90+1-ci dəqiqəsində “Hypers Guba” komandasının 22 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Hypers Guba” komandası 50 manat cərimə edilir (maddə 36.5);
“Lerik” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilir (maddə 37).
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.