RU

Ukrayna Macarıstanla milli azlıqlar məsələsində əməkdaşlığa hazırdır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib ki, Kiyev Zakarpatiyadakı macar milli azlığının hüquqları ilə bağlı Macarıstanla əməkdaşlığa hazırdır.
Onun sözlərinə görə, Macarıstanın yeni xarici işlər naziri Anita Orbán ilə ekspertlər səviyyəsində məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə olunub. Tərəflər macar icmasının problemləri ilə bağlı praktik həll yollarını müzakirə edəcəklər.
Sibiha həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinin də gündəmdə olduğunu qeyd edib.
Qeyd edək ki, Zakarpatiyadakı macar azlığının hüquqları uzun müddətdir Ukrayna-Macarıstan münasibətlərində əsas mübahisə mövzularından biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
olaylar.az

1Источники