RU

Pəncab Mənzil və Şəhərsalma Agentliyinin baş direktoru: Bakının memarlığına valeh olmuşuq

Azərbaycan hökumətinə Ümumdünya Şəhər Forumuna ev sahibliyi etdiklərinə görə çox minnətdaram.

Bunu “APA-Economics”ə açıqlamasında Pəncab Mənzil və Şəhərsalma Agentliyinin baş direktoru Xvaca Sikandar Zişan deyib.

O qeyd edib ki, WUF13 çox nüfuzlu tədbir və çox nüfuzlu forumdur:

“Burada biz urbanizasiya problemlərini, xüsusilə iqlim dəyişikliyi və bununla bağlı digər məsələləri müzakirə etmək üçün bütün dünyanı bir araya gətiririk. Hazırda dünyadakı ən böyük aşağı gəlirli, faizsiz mənzil proqramlarından birini həyata keçiririk. Biz bura Pakistanın, xüsusilə Pəncab vilayətinin mənzil sahəsində əldə etdiyi uğuru qeyd etmək üçün gəlmişik”.

O, Bakıya gəldiyi andan etibarən Azərbaycanın memarlığına valeh olduğunu qeyd edib: "Biz çoxlu ortaq mədəni dəyərləri, tarixi dəyərləri paylaşırıq. Artıq bizi ziyarət edən diplomatik nümayəndələrlə danışıqlar aparırıq. Biz memarlıq, şəhərsalma, urban inkişaf və digər bu kimi sahələrdə tərəfdaşlıqları genişləndirməyə ümid edirik. Bu platformadan istifadə edərək Azərbaycanla bir çox əməkdaşlıqları inkişaf etdirməyi planlaşdırırıq”.

Избранный
62
2
apa.az

2Источники