RU

Özbəkistanın Yeni Daşkənd LAYİHƏSİ “15 dəqiqəlik əlçatan şəhər” konsepsiyası ilə bağlı ÖZƏL AÇIQLAMA

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

“Belə böyük və çoxsaylı iştirakçıların qatıldığı forumda iştirak etdiyimiz üçün çox şadıq”.Bunu Bakıda keçirilən WUF13 çərçivəsində Bizim.Media-ya açıqlamasında Özbəkistan Respublikasının Mənzil Bazarı Urbanizasiya Konsepsiyasının İnkişafı üzrə Milli Komitəsinin idarə rəisi Artyom Kreskas deyib.O, bu sərgidə "Yeni Daşkənd" adlı böyük şəhərsalma layihələrini təqdim etdiklərini bildirib:"Özbəkistan Prezidentinizin təşəbbüsünə uyğun olaraq bu layihənin icrasına artıq başlanılıb. Layihə çərçivəsində təhsil zonaları, biznes və işgüzar zonalar, yaşayış əraziləri yaradılıb. Həmçinin bütün kommunikasiya və infrastrukturun inkişafı nəzərdə tutulub. Hazırda layihənin bəzi mərhələləri yekunlaşıb. Təbii ki, milli komitə olaraq biz kompleks tikinti prinsiplərini və “15 dəqiqəlik əlçatan şəhər” konsepsiyasını mütləq şəkildə nəzərə alırıq".Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
bizim.media

2Источники