RU

📌 Gəncə Dövlət Milli Dram Teatrında Vaqif Əmiraslanın “Gülüstan” pyesinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın daxili baxışı keçirilib. » AzadMedia.az

📌

♦️ Zəfər salnaməsinin səhnə təcəssümü olan, real həyat hadisələri əsasında hazırlanan bu səhnə əsəri 44 günlük Vətən müharibəsinin ədəbi-bədii bütövlüyünü özündə ehtiva edir. Tamaşa qazanılmış şanlı Qələbəmizə, şəhidlərimizin əziz xatirəsinə və qəhrəman qazilərimizə ithaf olunub.

♦️ Tamaşanın müəllifi və quruluşçu rejissoru teatra dəvət olunmuş gənc rejissor Fuad Cavadzadə, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov, qrafik dizayn müəllifi Sübhan İbrahimov, məsləhətçisi isə Şahmar Məmmədovdur.

♦️ Səhnə əsərində Əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov, Kəmalə Məmmədova başda olmaqla, teatrın 22 nəfərlik geniş aktyor heyəti çıxış edir.

✅ Teatr rəhbərliyi və Bədii Şura tərəfindən yüksək qiymətləndirilən tamaşanın premyerası 17 may tarixində, saat 19:00-da geniş ictimaiyyətə təqdim olunacaq.







Избранный
6
1
azadmedia.az

2Источники