RU

Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi Məhkəmə

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vətəndaşa qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Səid Rüstəmzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş dindirilib. 

Ona sözlərinə görə, paytaxtın Nəsimi rayonu ərazisində masaj salonu işlədib:

"Salonda məndən başqa inzibatçı və 3 masaj işləyib. Abyekt qanuni əsaslarla fəaliyyət göstərib. Bir nəfər özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəlib. Bildirdi ki, salona o himayədarlıq edəcək və heç bir hüquq mühafizə orqanlarının işi olmayacaq. 

Buna görə 3 min manat verdim və aylıq müəyyən ödənişə razılaşdıq. Daha sonra ödəniş edə bilmədim və səhhətimdə problemlərinin olduğunu bildirdim. Mənə dedi ki, insan alverinin işçisiyəm və sənə problem yaradaram".

Daha sonra şahid qismində Gülnaz Hüseynova ifadə verib. 

"Səid salona daxil oldu və müdriyyəti soruşdu. Mən isə bildirdim ki, administrator kimi çalışıram. O, bildirdi ki, insan alverinin işçisiyəm. Kostyumda idi və əlinin içində qırmızı sənəd göstərdi. Daha sonra müdirlə danışdılar. Müdirdən söhbətin yekununu soruşanda mənə bildirdi ki, Səid ondan masaj salonun işləməsinə görə 30 min manat tələb edib". 

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib. 

Səid Rüstəmzadəyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Orxan Rasifoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
4
unikal.az

5Источники