RU

Kamerunun nümayəndəsi: WUF13 dayanıqlı şəhərlərin qurulmasına töhfə verir

Bakı, 18 may, AZƏRTAC

Biz WUF13 sessiyasında Kamerunun gənc sahibkarları olaraq iştirak edirik. XXI əsrdə dünyanın qarşılaşdığı qlobal çağırışlardan olan iqlim dəyişmələri, münaqişələr, qlobal mənzil böhranı fonunda bu tədbirin keçirilməsi çox böyük əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Kamerunun nümayəndəsi Mirabel Ndum Mabeh deyib.

“Forumun əhəmiyyəti həmçinin ondan ibarətdir ki, burada iştirakçı ölkələr dayanıqlı şəhərlərin qurulmasına töhfə verir və bu proses zamanı innovativ yanaşmaların tətbiqi ilə bağlı ən qabaqcıl təcrübələrini bölüşürlər”, - deyə o əlavə edib.

Müxbir - Günel Alıyeva
Fotoqraf - Elşad Mirzə
Videooperator - Ələkbər Baxşiyev
Избранный
15
1
azertag.az

2Источники