RU

“Öpüş xəstəliyi” həyatını kabusa çevirdi: Ailəsi belə onu tanımadı - FOTO

ABŞ-də yaşayan gənc qadının “öpüş xəstəliyi” kimi tanınan Epstein-Barr virusuna yoluxduqdan sonra yaşadığı ağır dəyişikliklər diqqət çəkib.

Musavat.com xəbər verir ki, xəstəlik səbəbilə yaddaş itkisi, şəxsiyyət dəyişiklikləri və ciddi nevroloji problemlər yaşayan qadını ailəsinin belə tanıya bilmədiyi bildirilib.

Məlumata görə, ilk mərhələdə sadə qrip əlamətləri ilə başlayan xəstəlik daha sonra sürətlə ağırlaşıb. Gənc qadın danışmaqda, insanları xatırlamaqda və gündəlik fəaliyyətlərini yerinə yetirməkdə çətinlik çəkməyə başlayıb.

Həkimlər onun Epstein-Barr virusunun nadir ağırlaşmalarından biri ilə qarşılaşdığını açıqlayıblar. Virus əsasən tüpürcək yolu ilə yayıldığı üçün ictimaiyyət arasında “öpüş xəstəliyi” adı ilə tanınır. Əksər insanlarda yüngül keçsə də, bəzi hallarda sinir sisteminə təsir edərək ciddi fəsadlar yarada bilir.

Qadının ailəsi onun davranışlarının tamamilə dəyişdiyini, yaxınlarını belə tanımadığını və uzun müddət xəstəxanada müalicə aldığını bildirib. Mütəxəssislər isə bu cür halların çox nadir görüldüyünü vurğulayırlar.

Musavat.com

Избранный
5
musavat.com

1Источники