RU

Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ: 13:00-DAN ETİBARƏN...

Sumqayıtda 13 500 abonentin qaz təchizatında fasilə yaranacaq.

Musavat.com xəbər verir ki, Sumqayıt şəhərinin Komyacılar qəsəbəsi, Xəzər bağları, Yeni Kotec, Köhnə Kotec, 26-cı məhəllə və Bulvar küçəsi ərazilərində yaşayan 13 500 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Məlumata görə, buna səbəb Səməd Vurğun küçəsində yeraltı polietilen qaz xəttində aşkarlanan sızmanın qarşısının alınması məqsədilə aparılan təmir işləridir.

Bildirilir ki, qazın verilişi bu gün saat 13:00-dan etibarən təmir işləri yekunlaşanadək dayandırılacaq.

Aidiyyəti qurum sakinlərdən ehtiyatlı olmalarını və yaranmış narahatlığa görə anlayış göstərmələrini xahiş edib.

Избранный
5
6
musavat.com

7Источники