RU

Bakıxanovda sex yanır - YENİLƏNİB

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsindəki sexdə yanğın baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Sexdə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

"Cebheinfo.az"

Избранный
3
12
cebheinfo.az

10Источники