RU

Emin Ağalarov "Sea Breeze"də stadion tikməyə qərar verdi - SON DƏQİQƏ

Azərbaycanda yeni stadion tikiləcək.

Saytımız bu barədə mühüm informasiya alıb.

Redaksiyamıza daxil olan məlumata görə, həmin arena Mərdəkan qəsəbəsində inşa ediləcək.

Konkret yer olaraq "Sea Breeze" ərazisi seçilib. Artıq mayın 20-də futbol qurğusunun təməli atılacaq. Bura "Sea Breeze Arena" adlandırılacaq.

"Sea Breeze"in təsisçisi tanınmış iş adamı Emin Ağalarovdur.

"Sea Breeze" Bakı şəhərinin Nardaran qəsəbəsi ərazisində 500 hektar ərazini əhatə edən 25-dən çox layihəni, 50-dən çox restoranı, kafe və barları, 60 hovuzu, sosial obyektləri, abadlaşdırılmış 6,5 km çimərlik ərazisini və 150 hektar yaşıl sahəsini cəmləşdirən kurort məkanıdır.

18 aprel 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və ailəsi "Sea Breeze" istirahət mərkəzində görülən işlərlə tanış olub.

Burada hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılmışdır, məktəb, uşaq bağçası və xəstəxana var.

2028-ci ilədək burada aypara şəklində süni yarımadanın yaradılması planlaşdırılıb. Bu yarımadada mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yerləşəcək.

Ərazinin əhalisinin sayı 20 mindir. Layihəyə 3 milyard ABŞ dolları investiya qoyulub.

SPORTİNFO.AZ

Избранный
14
sportinfo.az

1Источники