RU

Fransa olmasın, Mərakeş olsun!

Əyyub Buhaddinin Fransanın əsas komandasında oynamaq arzusu baş tutmayıb.

"Football-plus.az" xəbər verir ki, bu ölkənin U-21 yığmsının kapitanı Mərakeş yığmasında oynamağa qərar verib. “Lill”in 18 yaşlı yarımmüdafiəçisi Fransa yığmasının dünya çempionatına yollanacaq heyətinə düşə bilməyəndən sonra bu seçimi edib.

Əyyub U-21 komandasında 10 oyun keçirib və 1 qol vurub. Bu mövsüm yarımmüdafiəçi “Lill”də bütün yarışlarda 41 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Mərakeş yığması da DÇ-2026-nın final mərhələsində çıxış edəcək.

Избранный
18
1
football-plus.az

2Источники