RU

“Hotel videoların əlimizdədir, 300 min dolları göndər”

Türkiyəli məşhur müğənni Kenan Doğulu naməlum şəxslər tərəfindən göndərilən şantaj mesajı ilə üzləşib.

AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi məlumata görə, müğənninin telefonuna xarici nömrədən göndərilən mesajda hoteldə çəkildiyi iddia olunan görüntülər və avtomobildə etdiyi söhbətlərlə bağlı sübutların olduğu bildirilib. Mesajda ondan 300 min dolların göstərilən hesaba köçürülməsi tələb edilib, əks halda həmin materialların yayılacağı ilə hədələnib.

Baş verən hadisədən narahatlıq keçirən Kenan Doğulu təhlükəsizliyi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və rəsmi şikayət verib.

Məlumata görə, İstanbul polisi tərəfindən aparılan araşdırma zamanı şantaj üçün istifadə edilən telefon xəttinin xarici mənşəli olduğu müəyyən edilib. Lakin şübhəli şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Избранный
8
7news.az

1Источники