ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində piyadanın təhlükəli davranışı kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 13-də saat 16:00 radələrində qeydə alınıb. Görüntülərdən aydın olur ki, bir qrup piyada yolu müəyyən edilməmiş yerdən keçməyə çalışıb.
Hətta qadın piyadalardan biri yaxınlaşan avtomobili görməsinə baxmayaraq dayanmaq əvəzinə qaçaraq yoluna davam edib. Bu isə həm piyadanı, həm də sürücünü təhlükəli vəziyyətlə üz-üzə qoyub.
Qeyd edək ki, piyadanın bir neçə saniyə qazanmaq istəyi bəzən sürücünün saniyənin içində qərar verməsini tələb edən riskli vəziyyətə çevrilir. Xüsusilə şəhərdaxili intensiv hərəkət olan küçələrdə yolun təyin olunmamış hissəsindən keçmək həm piyadanın, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə risk altına qoyur.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.