RU

Kim Çen In orduya Cənubi Koreya ilə sərhədi “alınmaz qala”ya çevirməyi əmr etdi

BAKI, 18 may. TELEQRAF

“Şimali Koreyanın Cənubi Koreya ilə sərhədi alınmaz qalaya çevrilməlidir”.

Teleqraf xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In diviziya və briqada komandirləri ilə görüşündə deyib.

Pxenyanın müdafiə ilə bağlı siyasətini şərh edən Kim Çen In müharibənin daha ardıcıl şəkildə qarşısının alınması üçün ölkənin hərbi qurumlarda islahatlara hazır olduğunu və cəbhə birləşmələrinin hərbi-texniki baxımdan gücləndirilməsinin zəruriliyini bildirib.

Şimali Koreya lideri ölkənin müdafiəsinin əsasən fiziki güc vasitəsilə deyil, ideyalar və inanclar vasitəsilə həyata keçirilməli olduğunu vurğulayaraq, briqada komandirlərinin və diviziyalarının ordunu dünyanın ən güclüsünə çevirmək kimi tarixi rolunu qeyd edib.

Избранный
21
teleqraf.com

1Источники