RU

Ağacdan düşən meyvəyə toxunmağın cəriməsi 6 min manatdır... Görənlər yolunu dəyişir

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sinqapurda tətbiq olunan maraqlı bir cərimə növü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Ölkədə yaşayan sosial media fenomeninin paylaşdığı məlumata görə, Sinqapurda dövlətə məxsus ərazilərdə yerləşən bəzi ağaclardan meyvə dərmək və ya yerə düşən meyvələri toplamaq ciddi cərimə ilə nəticələnə bilər. 

Məlumata görə, vətəndaş yerə düşmüş manqo ağacının meyvəsini götürdüyü halda belə 5 min Sinqapur dollarına qədər, yəni təxminən 6 min 400 manat məbləğində cərimə ödəməlidir.

Belə bir cərimə növünün olması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, bəzi istifadəçilər Sinqapurun nizam-intizamına və küçə təmizliyinə heyran olduqlarını yazsalar da, digərləri bu qaydanı həddindən artıq sərt və qəribə hesab ediblər. 

Xüsusilə yeyilə bilən meyvələrin küçədə çürüməyə buraxılması bir çox istifadəçi tərəfindən israf kimi qiymətləndirilib.

Bu qaydalar Sinqapurun Milli İnkişaf Nazirliyinin rəsmi qaydalarında da əks olunub. Rəsmi açıqlamada bildirilir ki, dövlət torpaqlarında yerləşən ağaclar və onların meyvələri dövlət mülkiyyəti hesab olunur.

Qanunvericiliyə əsasən, ictimai yerlərdə ağaclardan meyvə toplamaq istəyən şəxslər əvvəlcədən xüsusi icazə almalıdırlar. Hətta qeyd olunur ki, oxşar hal milli park və ya təbiət qoruqlarında baş verərsə, cərimə məbləği 50 min Sinqapur dollarına, yəni təxminən 64 min manata qədər yüksələ bilər.

Bundan əlavə, şəxslər 6 aya qədər həbs cəzası ilə də üzləşə bilərlər.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
azpolitika.info

1Источники