RU

Həmin yaşıl daşların sirri açıldı: Gizli məqsədlə bunu ediblər

İspaniyada yerləşən qədim mağarada tapılan yaşıl rəngli daşların sirri illər sonra alimlər tərəfindən açılıb.

Musavat.com xəbər verir ki, araşdırmalar nəticəsində həmin daşların sadəcə bəzək üçün deyil, gizli məqsədlərlə istifadə edildiyi ortaya çıxıb.

Arxeoloqlar bildiriblər ki, mağaranın dərin hissələrində aşkar olunan yaşıl minerallar qədim insanlar tərəfindən xüsusi üsullarla daşınıb və gizlədilib. Mütəxəssislərin fikrincə, bu əməliyyat böyük ehtimalla heç kimə hiss etdirmədən həyata keçirilib.

Tədqiqat zamanı məlum olub ki, yaşıl daşlar mis tərkibli minerallardır və qədim dövrdə həm dini ayinlərdə, həm də bədən boyamaq üçün istifadə edilə bilərdi. Alimlər həmin materialların uzaq bölgələrdən gətirildiyini və bu səbəbdən çox qiymətli hesab olunduğunu bildiriblər.

Araşdırma qrupu mağaradakı tapıntıların insanların min illər əvvəl düşündüyümüzdən daha təşkilatlanmış və planlı şəkildə hərəkət etdiyini göstərdiyini vurğulayıb. Tapılan izlərin qədim dövr insanlarının gizli daşınma və qoruma üsullarına sahib olduğunu sübut etdiyi qeyd olunub.

Musavat.com

Избранный
24
musavat.com

1Источники