RU

Bakıdan dünyaya səsləndi: Mənzil böhranı qlobal təhlükədir

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Lokal böhranların artdığı, münaqişələrin, enerji xərclərinin yüksəldiyi və ərzaq qiymətlərinin bahalaşması ehtimalının gündəmdə olduğu bir dövrdə bugünkü müzakirələrin əsas mövzusu daha az danışdığımız, lakin son dərəcə ciddi problem olan qlobal mənzil böhranıdır.

Modern.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş videobağlantı vasitəsilə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində bildirib.

O qeyd edib ki, bu problemdən heç bir cəmiyyət sığortalanmayıb: 

“İnkişaf etməkdə olan ölkələrin sürətlə böyüyən şəhərlərindən tutmuş, kirayə qiymətlərinin yüksək olduğu və evsizliyin artdığı inkişaf etmiş iqtisadiyyatlara qədər”.

A.Quterreş tələbəlik illərində Lissabonun ən kasıb məhəllələrindən bəzilərində könüllü kimi çalışarkən mənzilin insanların sağlamlığına, təhsilinə və gələcəyinə necə dərin təsir göstərdiyini gördüyünü də vurğulayıb.

Baş katib olaraq fəxr edirəm ki, “Gələcək naminə Pakt” və Doha Siyasi Bəyannaməsi mənzil məsələsini prioritet kimi tanıyır. 

“Yeni Şəhər Gündəliyinin qarşıdan gələn 10 illik icmalını da alqışlayıram. İndi adekvat, təhlükəsiz və əlçatan mənzilə çıxışı genişləndirməklə, qeyri-formal yaşayış məntəqələrini və gecəqonduları transformasiya etməklə, sosial gərginliyi artıran bərabərsizlikləri aradan qaldırmaqla mənzil məsələsini dayanıqlı inkişafın mərkəzinə qoymağın vaxtıdır”.

BMT rəsmisi onu da əlavə edib ki, mənzil insan hüququdur və insan ləyaqətinin əsas şərtidir:

“Qoy bu Ümumdünya Şəhərsalma Forumu mənzili hamı üçün ortaq reallığa çevirmək yolunda  olsun. Birlikdə heç kəsi kənarda qoymadan dünyanı mənzillə təmin edə bilərik”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
modern.az

1Источники