Aparıcı Xoşqədəm Hidayətqızı formada qalma sirrini bölüşüb.
"Uzun illərdir - 1990-cı illərdən bu yana bütün günü idman etmişəm - fitnes, boks, tennis, pilates. Bircə xəstə olduğum günləri çıxmaq şərti ilə, o da az olub. Əmək sərf etmədən heç bir uğuru, gözəlliyi əldə etmək olmaz. Ona görə də əmək sərf etmək lazımdır. Çaylardan, detokslardan, iynələrdən uzaq durun, əziz xanımlar. Elə bəylər də... Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil. Səhər durun, idman edin və zövq alın". (Axşam.az)