Bakı, 18 may, AZƏRTAC
Biz burada ideya mübadiləsi aparmaq və digər ölkələrin təcrübəsindən yararlanmaq üçün iştirak edirik. Ümid edirik ki, gələcəkdə şəhərlərin inkişafı və vətəndaşlara dəstək üçün maliyyə mexanizmləri formalaşacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Esvatinidən olan Piter Deon Anderson deyib. O bildirib ki, forum ölkələrin dayanıqlı şəhərlərin inkişafı istiqamətində təcrübə mübadiləsi aparması baxımından mühüm platformadır.
Peter Deon Anderson vurğulayıb ki, dayanıqlı şəhərlərin qurulması üçün maliyyə resursları əsas amillərdən biridir: “Bütün şəhərlərin dayanıqlı olması üçün maliyyələşmə çox vacibdir”.