RU

Sopio Dvalişvili: WUF13 də əməkdaşlıq və ideya mübadiləsi mühiti hökm sürür

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 18 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunda ilk dəfə iştirak edirəm və çox müsbət təəssüratım var. Tədbirin Bakıda təşkili yüksək səviyyədədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ağ şəhər rayonunda yerləşən “Day Art Gallery”nin meneceri Sopio Dvalişvili bildirib.

“Dinamik inkişaf edən Ağ şəhər rayonunda yerləşən Day Art Gallery”də çalışıram. Bu beynəlxalq forumda iştirakımdan çox məmnunam. Burada əməkdaşlıq və ideya mübadiləsi mühiti hökm sürür”, - deyə o qeyd edib.

Dvalişvili, həmçinin şəhərsalma və mədəniyyət sahəsində beynəlxalq dialoqun gücləndirilməsi baxımından bu cür platformaların əhəmiyyətini vurğulayıb.

Müxbir – Pərvanə Qafarova

Video – Ələkbər Baxşıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
3
azertag.az

4Источники