RU

“ABŞ nin dəniz blokadasını qıracağıq” ​Xameneinin müşaviri

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

SEPAH-ın keçmiş komandanı və İranın ali rəhbərinin müşaviri Möhsün Rzayi ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasını sərt tənqid edib.

Rzayi bildirib ki, Tramp blokadanın müharibənin davamı olduğunu anlamasa belə, “dünyanın hərbçiləri bunu yaxşı bilir və sadəcə döyüş meydanı səssiz qalıb”.

Onun sözlərinə görə, blokadanın uzadılması yalnız İrana deyil, dünya ölkələrinə də ciddi ziyan vurur:“İranın dəniz blokadasını nə qədər uzadarlarsa, dünya ölkələrinə dəyən ziyan bir o qədər çox olacaq. Səbrimizin bir həddi var və Silahlı Qüvvələr özlərini hazırlayırlar”.

Rzayi qeyd edib ki, Hörmüz boğazı ticarət üçün açıqdır, ancaq hərbi əməliyyatlar üçün açıq olmayacaq. O, yaxın günlərdə yeni eskalasiya ehtimalına da toxunaraq ABŞ-nin “çıxılmaz vəziyyətdə” olduğunu və Amerika ordusunun cənub sahilinə giriş planlarının yüksək risk daşıdığını bildirib. 

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
azpolitika.info

2Источники