RU

Ali Alomri: Bakıda gördüyümüz yanaşma və təcrübələri gələcək fəaliyyətimizdə tətbiq etməyə çalışacağıq

Bakı, 18 may, AZƏRTAC

WUF13 iştirakçılar üçün mühüm təcrübə və bilik mübadiləsi platformasıdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Nazirliyinin nümayəndəsi Ali Alomri deyib.

O bildirib ki, sessiya çərçivəsində şəhərsalma və mənzil siyasəti sahəsində faydalı təcrübələrlə tanış olmaq imkanı əldə ediblər.

Nümayəndə Bakıda keçirilən tədbirdən məmnun qaldıqlarını vurğulayaraq burada gördükləri yanaşma və təcrübələri gələcək fəaliyyətlərində tətbiq etməyə çalışacaqlarını qeyd edib.

Müxbir - Gülay Nəzərova
Videoperator - Şövqi Hüseynov
Избранный
13
3
azertag.az

4Источники