RU

Bərdədə canavarlar 50-yə yaxın xırdabuynuzlu heyvanı tələf etdi

Bərdə rayonunda canavarların fərdi təsərrüfata hücumu nəticəsində xeyli sayda xırdabuynuzlu heyvan tələf olub.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata hücum edən canavarlar təxminən 50-yə yaxın xırdabuynuzlu heyvanı tələf edib.

Hadisə nəticəsində təsərrüfat sahibinə ciddi maddi ziyan dəyib. Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib.

Избранный
13
5
far.az

6Источники