Ermənistan İstintaq Komitəsi sosial mediada və hökumətyönlü bir media orqanında yayılan videodan sonra cinayət işi açıb.
Publika.az xəbər verir ki, videoda Ermənistan və qondarma “artsax” bayraqları fonunda əllərində avtomatlar tutan maskalı şəxslərin Baş nazir Nikol Paşinyanı hədələməsi görünür.
İstintaq Komitəsinin mətbuat açıqlamasında qeyd edildiyi kimi, polisdən alınan məlumata görə, naməlum şəxslər ictimai istifadə üçün nəzərdə tutulmayan kompüter şəbəkəsindəki məlumatlara icazəsiz giriş əldə ediblər.
“Bundan sonra xuliqanlıq zəminində Baş naziri ölümlə təhdid edən video yayımlayıblar.