RU

Laçının bir güllə belə atılmadan azad edilməsi güc göstərişinin ən ali səviyyəsidir - RƏY

“Bu gün Vətənimizin dilbər guşələrindən biri olan Laçın haqqında danışanda iki günü xatırlayırıq. Bunlardan biri Laçının işğalı, digəri isə azad edilməsi günüdür. Düşünürəm ki, bu tarixlər dövlətimizin və hakimiyyətin gücünü göstərən hadisədir. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə digər rayonlarımız kimi Laçın işğal edildi. Yeni Azərbaycan Partiyasının hakimiyyəti dövründə isə Partiyamızın sədri Müzəffər Ali Baş Komandanımız tərəfindən Laçın işğaldan azad edildi. Bu cümlə AXC-Müsavat hakimiyyəti ilə indiki hakimiyyət arasındakı fərqin göstəricisidir. Demək ki, lider güclü olanda xalqı təşkilatlandıra, xalqdan aldığı güclə dövləti möhkəmləndirə, düşmənin layiqli cavabını verə bilir. Gücsüz, zəif, xaotik, sıradan adamlar lider olanda dövlət də zəifləyir, xalq təşkilatlana bilmir, dövlət dağılmaq səviyyəsinə gəlib çatır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, AXC-Müsavat hakimiyyətinin Azərbaycan xalqına və dövlətinə vurduğu ziyan fiziki müstəvidə ərazilərimin bərpası üçün Azərbaycan dövlətinin 30 illik gücünü alıb və dövləti ən azı bir əsr inkişafdan geri qoyub: “Buna görə də Azərbaycan xalqı torpaqlarımızın AXC-Müsavat hakimiyyətinin dövründə işğal edildiyini də yaxşı bilir, Prezident İlham Əliyevin hakimiyyəti dövründə, qurucusu ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının hakimiyyəti dövründə torpaqlarımızın işğaldan azad edildiyini görür və qiymətləndirir. O dövrdə AXC-Müsavat hakimiyyətinin özünə layiq olan məsuliyyətsiz  bir nəfər müdafiə naziri təyin olunmuşdu, adı Rəhim Qazıyevdir. Bu gün də məsuliyyətsizcə, vicdansızcasına müəyyən fikirlər səsləndirir. "Şuşa gedərsə, başıma güllə vuraram" deyən həmin şəxs, çox təəssüf ki, bu gün hələ də vicdanı qarşısında özünü cəzalandırmayıb, heç olmasa, özündə cəsarət tapıb Azerbaycan xalqından və torpaqlarımızı işğaldan azad edən hakimiyyətdən üzr istəməyib. Laçının azad olunması Azərbaycanın hərbi-siyasi tarixinin ən parlaq səhifələrindən biridir. Nəzərə almaq lazımdır ki, Laçın bir güllə belə atılmadan Kəlbəcər, Ağdam kimi azad edildi. Bu, güc göstərişinin ən ali səviyyəsidir. Düşmən sənin gücünü o qədər aydın görür ki, sənə qarşı savaşmaq üçün belə özündə cəsarət tapa bilmir. Bax, Azərbaycanın gücü-qüdrəti bu gün budur”.

 

Aytəkin Qardaşova

Tarix: 18 May 2026, 14:35   
Избранный
19
pravda.az

1Источники